Yuxarı
    Bağlamaq

    Azərbaycanda şirkət işçisi seyfdən 35 min manat oğurlayıb

    Oğurluq edən şəxs tutulub

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda şirkətin seyfindən oğurluq edən şəxs tutulub.

    "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu" MMC-yə məxsus seyfdən 35000 manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, "Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində qənnadı məmulatlarının topdan və pərakəndə satışı ilə məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi