Azərbaycanda silahlı insidentdə şübhəli bilinən kriminal avtoritet tutulub - YENİLƏNİB - VİDEO

Azərbaycanda silahlı insidentdə şübhəli bilinən kriminal avtoritet tutulub - YENİLƏNİB - VİDEO Video əlavə edilib
Hadisə
9 İyun , 2018 12:43
Azərbaycanda silahlı insidentdə şübhəli bilinən kriminal avtoritet tutulub - YENİLƏNİB - VİDEO

Video əlavə edilib


***11:21

Cəlilabad. 9 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.

Son xəbərlər

Orphus sistemi