Azərbaycanda seysmikliyi zəif və yüksək olan bölgələr açıqlanıb

Azərbaycanda seysmikliyi zəif və yüksək olan bölgələr açıqlanıb İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub.
Hadisə
29 dekabr 2021 10:49
Azərbaycanda seysmikliyi zəif və yüksək olan bölgələr açıqlanıb

İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhəddində, Gürcüstan-Ermənistan sərhəddində seysmiklik yüksək olub.

Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi