Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib

Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
23 Oktyabr , 2017 13:01
Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib

Mingəçevir. 23 oktyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Univertsitetinin (MDU) tələbəsi sevdiyi oğlandan ayrıldığına görə intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab rayonundan olan tələbə qızın kirayə yaşadığı evdə baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü K.Z yaşadığı evdə çoxlu sayda dərman pereparatları qəbul edərək özünü öldürmək istəyib. Onunla birlikdə kiraydə qalan digər tələbələr dərhal K.Z-ni Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, K.Z-nin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi