Yuxarı

Azərbaycan iki əcnəbini ABŞ-a ekstradisiya edəcək - MƏHKƏMƏ

Azərbaycanda saxlanılan pakistanlılar ABŞ-a ekstradisiya ediləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - Asif Muhammad Anjum Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, hər iki şəxs ABŞ-a təhvil veriləcək.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi