Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda saxlanılan nurçuların apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb

    Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların apellyasiya şikayətləri üzrə məhkəməsi başlayıb.

    "Report" xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    İclasda təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlə çıxış ediblər. Vəsatətlər təmin edilməyib.

    Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

    Qeyd edək ki, 2013-cü ilin aprel ayında hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində apardıqları axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Həmin şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə Hacıyev Eldəniz Balamət oğlu, Məmmədov İsmayıl İsax oğlu və Səbzəliyev Rəvan Həkim oğlu barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

    Yasamal Rayon Məhkəməsində təqsirləndirilən şəxslər - E.Hacıyev, İ.Məmmədov, onun qardaşı Z.Məmmədov, Ş.Həsənovun hər biri 5 il, R.Səbzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Onların hər biri məhkəmə zalında həbs edilib.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddələri ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi