Azərbaycanda "saxla" əmrinə tabe olmayan sürücü avtomobili yol polisinin üzərinə sürüb

Azərbaycanda "saxla" əmrinə tabe olmayan sürücü avtomobili yol polisinin üzərinə sürüb Hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib
Hadisə
30 Noyabr , 2015 17:48
Azərbaycanda saxla əmrinə tabe olmayan sürücü avtomobili yol polisinin üzərinə sürüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol hərəkəti qaydalarını pozan sürücü avtomobillə polis əməkdaşını vurub. 

"Report" xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. 

Tovuzun Yuxarı Öysüzlü kənd sakini, 25 yaşlı Bayram Qasımov idarə etdiyi avtomobillə Yol Patrul Xidmətinin inspektoru, rayon sakini 47 yaşlı Elmar Xəlilovu vurub. Hadisə E.Xəlilovun hərəkətdə olan "VAZ 2107" markalı avtomobili saxlamaq istəyərkən baş verib. Sürücü B.Qasımov Yol Patrul Xidmətinin inspektorunun "saxla" əmrinə tabe olmayıb və avtomobili polisin üzərinə sürərək onu vurub. 

Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır olan yaralının durumu pisləşdiyindən, o bu gün Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və orada həkim nəzarəti altındadır. 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi