​Azərbaycanda sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb

​Azərbaycanda sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb Onlardan 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb
Hadisə
11 Fevral , 2015 16:27
​Azərbaycanda sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları cinayətkarlığın profilaktikası məqsədilə Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meyilli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi