Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib

Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib.
Hadisə
1862
14 Dekabr , 2018 11:30
Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib.

Bu barədə "Report"a vəkil Fərid Həsənov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirli Gülarə Əliyeva adlı qadından şikayət edib: Müvəkkilim Nəcəf Nəsirlinin şikayəti əsasında saxlanılan Gülarə Əliyeva barəsində Xətait Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib".

Məhkəmənin qərarından narazı qalan G.Əliyeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib.

Sonradan araşdırma zamanı məlum olub ki, G.Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb, ümumiyyətlə VÖEN-i də olmayıb. Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününkü kimi təqdim edib.

Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə əlaqəsinin olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən G.Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. İlkin araşdırma nəticəsində G.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə cinayət işi başlansa da, qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, o, dekabrın 8-də 18-ci bölmənin polis əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib.

İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.

Məhkəmədə N.Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib.

Son xəbərlər

Orphus sistemi