Ağdaş sakini atasının qəbri üstündə özünü güllələyib

Ağdaş sakini atasının qəbri üstündə özünü güllələyib Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2015 15:14
Ağdaş sakini atasının qəbri üstündə özünü güllələyib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ağdaş rayon sakini atasının qəbri üstündə özünü güllələyib. "Report" xəbər verir ki, intihar hadisəsi rayonun Güvə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub. 

Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi