Azərbaycanda sabiq rektor vəfat edib

Azərbaycanda sabiq rektor vəfat edib İlyas Əliyev 74 yaşında dünyasını dəyişib
Hadisə
6 İyun , 2017 09:42
Azərbaycanda sabiq rektor vəfat edib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Milli Aviasiya Akademiyasının sabiq rektoru, professor İlyas Musa oğlu Əliyev vəfat edib.

"Report" xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib.

İ.Əliyev son illər "Təfəkkür" universitetinin Nəqliyyat və tətbiqi mexanika kafedrasının müdiri vəzifəsində işləyib. 

Qeyd edək ki, İ.Əliyev 1943-cü il iyunun 1-də Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil alıb. 1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1993-cü ildən fizika-riyaziyyat elmləri doktorudur. 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis qrup rəhbəri, Kosmik Tədqiqatlar-Elmi İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. Dörd ildən çox “Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il Kosmik Tədqiqatlar-Elmi İstehsalat Birliyinin xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışıb.

1985-1992-ci illərində Kosmik Tədqiqatlar-Elmi İstehsalat Birliyinin, Təcrübə Sınaq Zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, Kosmik Tədqiqatlar-Elmi İstehsalat Birliyində baş mühəndis vəzifələrində işləyib. 1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olub.

2000-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləyib.

70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.

Son xəbərlər

Orphus sistemi