Azərbaycanda sabiq deputat qəzaya düşüb - FOTO

Azərbaycanda sabiq deputat qəzaya düşüb - FOTO Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.
Hadisə
1 Fevral , 2020 14:24
Azərbaycanda sabiq deputat qəzaya düşüb - FOTO

Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

“Report”un xəbərinə görə, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub. 

Son xəbərlər

Orphus sistemi