Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.
Hadisə
31 Yanvar , 2023 14:33
Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.

Bu barədə "Report"a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi