Yuxarı

Azərbaycanda qardaş qardaşı bıçaqlayıb

Hadisəni törədən qardaş könüllü olaraq polsiə təslim olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda qardaş qardaşı bıçaqlayıb. "Report" xəbər verir ki, rayon sakini Tamerlan Rzayev, qardaşı 50 yaşlı Nemət Rzayevi bıçaqlayıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Hadisəni törədən qardaş Göygöl Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi