​Azərbaycanda qəsdən adam öldürmədə şübhəli bilinən şəxs bir gün sonra azadlığa buraxılıb

​Azərbaycanda qəsdən adam öldürmədə şübhəli bilinən şəxs bir gün sonra azadlığa buraxılıb Hadisənin maraqlı təfərrüatları açıqlanıb
Hadisə
17 Noyabr , 2014 13:47
​Azərbaycanda qəsdən adam öldürmədə şübhəli bilinən şəxs bir gün sonra azadlığa buraxılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda qəsdən adam öldürmədə şübhəli bilinən şəxs azadlığa buraxılıb. Bu barədə “Report”a həmin şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

Belə ki, Bakı sakini Xalid Qurbanov Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə şübhəli şəxs qismində 15 noyabr 2014-cü il tarixdə tutulub. Onun günahsız olduğu sübuta yetirildiyindən, noyabrın 16-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməyərək sərbəst buraxılıb.

Hadisənin təfərrüatlarına gəlincə, vəkil bildirib ki, Ədalət Əhmədov adlı bir nəfər mübahisə etmək üçün Xalid Qurbanovu görüşə dəvət edib. Bu zaman Ə.Əhmədov yanında Kamil Bədəlov adlı şəxsi də gətirib. Lakin sonradan K.Bədəlov Ə.Əhmədovun haqsız olduğunu görərək mübahisədə onun tərəfini tutmaqdan imtina edib. Sonradan K.Bədəlov ilə Ə.Əhmədov arasında mübahisə düşüb. Mübahisə zamanı Ə.Əhmədov K.Bədəlovu qətlə yetirib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxs qismində X.Qurbanovu tutub. İstintaq zamanı onun günahının olmadığı üzə çıxıb.

Ə.Əhmədov Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Ə.Əhmədov artıq istintaq orqanlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi