Bakı. 18 may. REPORT. AZ / Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 35 yaşlı Rövşən Elxan oğlu Ağayev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
O, cərrahiyyə şöbəsində əməliyyat olunub. Yaralının qohumu Rövşən Ağayev "Report"a bildirib ki, R.Ağayev qayınatası Əlövsət adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda qayınata kürəkənini bıçaqlayıb
Hadisə
18 may 2016
09:38


Son xəbərlər
