Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib

Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib O, məhkəmyə qısa ifadə verib
Hadisə
16 Dekabr , 2015 13:44
Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. 

M.N. ittiham üzrə özünü təqsirli bilib. M.N.məhkəmyə qısa ifadə verib. O deyib ki, qardaşı N.N.-i (şərti) ona əxlaqsız təklif elədiyi üçün balta ilə öldürüb. 

İttiham aktına əsasən, hadisə ötən il Qusar rayonunda baş verib. M.N. qardaşı N.N.-i qətlə yetirib. O, ilkin ifadəsində bildirib ki, qardaşı ona təcavüz etmək niyyətində olduğu üçün balta ilə vurub. M.N.qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxarıb başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə N.N.-in telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın M.N. tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. M.N. qardaşını öldürdüyünü etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi