Azərbaycanda qanunsuz yaşayan 78 miqrant saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 78 miqrant saxlanılıb Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan, ümumilikdə, 87 əcnəbi saxlanılıb.
Hadisə
17 Avqust , 2018 16:40
Azərbaycanda qanunsuz yaşayan 78 miqrant saxlanılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan, ümumilikdə, 87 əcnəbi saxlanılıb.

DMX-dan "Report"a verilən məlumata görə, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

Son xəbərlər

Orphus sistemi