Azərbaycanda qanunsuz yaşayan 170 əcnəbi saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 170 əcnəbi saxlanılıb Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 170 əcnəbi saxlanılıb.
Hadisə
4 İyul , 2019 17:25
Azərbaycanda qanunsuz yaşayan 170 əcnəbi saxlanılıb

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 170 əcnəbi saxlanılıb.

DMX-dən "Report"a verilən məlumata görə, onlardan 14-nün gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 23 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb olunması, 14-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 119 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 143 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi