Azərbaycanda qanunsuz dini ədəbiyyat satılması halları aşkarlanıb

Azərbaycanda qanunsuz dini ədəbiyyat satılması halları aşkarlanıb DİN: 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub
Hadisə
8 Aprel , 2017 12:52
Azərbaycanda qanunsuz dini ədəbiyyat satılması halları aşkarlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanda qanunsuz dini təyinatlı ədəbiyyat, audio və videomateriallar, dini məzmunlu digər mal və məmulatlar satan şəxslər cərimə olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ölkənin ayrı-ayrı bölgələrində “Dini etiqat azadlığı haqqında” qanunla müəyyən edilən qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.

DİN-dən bildirilib ki, Bakının Nizami, Yasamal, elədə də Şirvan və Tərtər şəhər, rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə, 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Həmin şəxslərdən 189 ədəd dini təyinatlı ədəbiyyat, 18 ədəd CD disk aşkar edilərək götürülüb. 

Nazirlikdən bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi