Azərbaycanda qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə şantaj edən şəxs tutulub

Azərbaycanda qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə şantaj edən şəxs tutulub Şantaj yolu ilə qadından 7 000 manat pul və qızıl əşyalarını alıb
Hadisə
26 Sentyabr , 2015 13:09
Azərbaycanda qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə şantaj edən şəxs tutulub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda qadından şantaj etməklə pul tələb edən şəxs tutulub. "Report"  xəbər verir ki, Gəncə şəhər sakini Ş.M Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkələrdə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib ondan pul tələb etdiyini bildirib. Ş.M bildirib ki, bu ilin iyul ayından sentyabr ayına qədər A.Məcməddinov ondan 7000 manat pul və qızıl zinət əşyalarını alıb. Sonuncu yenidən sentyabrın 25-də 530 manat pul tələb edib. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi