Yuxarı

Azərbaycanda qadına qarşı 1 milyon dollarlıq dələduzluq edilib

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Rusiya vətəndaşı olan qadın Azərbaycan vətəndaşının ona qarşı dələduzluq etdiyini iddia edir.

“Report”un xəbərinə görə, 1969-cu il təvəllüdlü Karena Aqapova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2012-ci ildə Nəsib adlı bir nəfərə iş qurmaq adı ilə 1 milyon dollar versə də, bu günə qədər pulunu ala bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi