Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda qadın ov tüfəngindən atəş açaraq özünü öldürüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Beyləqan rayon sakini Tünzalə Bayramova işlədiyi Orta Əlinəzərli kəndindəki fermada ov tüfəngindən atəş açaraq intihar edib. Hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.