Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub

Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Yanvar , 2016 16:00
Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub."Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib və o tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi