Yuxarı

Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb

Polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi özünə məxsus avtomobillə qəzaya düşüb

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb. “Report”un xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi