Bu il Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yol-nəqliyyat hadisələri üzrə tərəfimizdən aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş verən qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir.