Azərbaycanda özünü jurnalist kimi təqdim edən şəxs tutulub

Azərbaycanda özünü jurnalist kimi təqdim edən şəxs tutulub İşə düzəltmək adı ilə sakinlərdən 10 000 manatdan çox pul alıb
Hadisə
26 Noyabr , 2015 11:50
Azərbaycanda özünü jurnalist kimi təqdim edən şəxs tutulub

Bakı. 26 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda özünü jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanıb. Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, rayonun Avşar kənd sakini 47 yaşlı  İlqar Zakir oğlu Şirinov rayon sakinlərinin şikayəti əsasında tutulub. İ.Şirinov  özünü jurnalist kimi təqdim edərək dələduzluq edib.
Belə ki, rayon sakinlərindən onları işə düzəltmək adı ilə ümumilikdə 10 000 manatdan çox pul alıb. 
Ağcabədi RPŞ-nin əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində İ.Şirinov tutularaq istintaqa cəlb edilib. 

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi