Azərbaycanda ötən il cinayət törədən qadın və uşaqların sayı açıqlanıb

Azərbaycanda ötən il cinayət törədən qadın və uşaqların sayı açıqlanıb Cinayət törədənlər arasında 14-17 yaşda olan uşaqların sayı 7 nəfər olub
Hadisə
14 Fevral , 2017 16:38
Azərbaycanda ötən il cinayət törədən qadın və uşaqların sayı açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycanda cinayət törədən qadınların sayı 1036 nəfər olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

"Ölkədə cinayət törədənlər arasında 14-17 yaşda olan uşaqların sayı isə 7 nəfər olub", - DSK-dan əlavə olunub.

Həmçinin, ötən il qeydə alınan cinayətlərin 50,9 faizi iqtisadi sahədə, 26,4 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 17,4 faizi isə şəxsiyyət əleyhinə cinayətlər üzrə törədilib. 

Son xəbərlər

Orphus sistemi