Azərbaycanda ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb

Azərbaycanda ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub
Hadisə
18 Mart , 2017 11:08
Azərbaycanda ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi