Azərbaycanda ötən gün axtarışda olan 16 nəfər saxlanılıb

Azərbaycanda ötən gün axtarışda olan 16 nəfər saxlanılıb Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
Hadisə
20 yanvar 2018 06:09
Azərbaycanda ötən gün axtarışda olan 16 nəfər saxlanılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi