Azərbaycanda oğurluq etmək istəyən qaraçı qadınlar tutulub

Azərbaycanda oğurluq etmək istəyən qaraçı qadınlar tutulub Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
20 Avqust , 2015 14:15
Azərbaycanda oğurluq etmək istəyən qaraçı qadınlar tutulub

Bakı. 20 avqust. REPORT.AZ/ Bərdə rayonunda evdən oğurluq etmək istəyən qaraçılar tutulub. "Report"un xəbərinə görə ki, hadisə Bərdə şəhərinin Molla Pənah Vaqif küçəsində baş verib.

Belə ki, rayon sakini Nüşabə Fərəzilyeva ailə üzvləri ilə birlikdə yas mərasimindən geri dönərkən iki qadının evindən çıxmaq istədiyini görüb. Qadınlar evdən pul və qızıl-zinət əşyaları götürüb çıxmaq istəyirmiş. Ev sahibi dərhal rayon polis şöbəsinə zəng vurub. Qadınlar polisə təhvil verilib.

Məlum olub ki, Yevlax rayon sakinləri olan hər iki qadın qaraçıdır. Dilənməklə məşğul olan qadınlar ev sahiblərinin evdə olmadığını bilərək oğurluq etmək fikrinə düşüblər.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi