Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdiyi silsilə oğurluq əməllərinə görə Azərbaycanda cəza çəkdikdən sonra 22 yaşlı qazax Nurgül Baysanova Aktobedə analoji cinayətləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəsinə ekstradisiya olunub.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Baysanovanın təhvil verilməsi barədə qərar cari ilin yanvar ayının 13-də Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında Azərbaycan Baş Prokurorluğu tərəfindən qəbul olunub.
Məlumata görə, Nurgül Baysanova Astana şəhərinin təcridxanasına yerləşdirilib.