Azərbaycanda növbəti zəlzələ baş verib

Azərbaycanda növbəti zəlzələ baş verib Yeraltı təkan hiss olunmayıb
Hadisə
20 Noyabr , 2017 18:34
Azərbaycanda növbəti zəlzələ baş verib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda növbəti zəlzələ baş verib. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Məlumata görə, noyabrın 20-də, yerli vaxtla saat 17:54:27-də Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Son xəbərlər

Orphus sistemi