Azərbaycanda nizamnamə kapitalı 30 mln. manata yaxın olan şirkət yaradılıb - YENİLƏNİB

Azərbaycanda nizamnamə kapitalı 30 mln. manata yaxın olan şirkət yaradılıb - YENİLƏNİB Bu ünvanda vaxtilə "Garant Holding" MMC yerləşib
Hadisə
199
31 Yanvar , 2018 11:36
Azərbaycanda nizamnamə kapitalı 30 mln. manata yaxın olan şirkət yaradılıb - YENİLƏNİB

İlk xəbər saat 11:19-da verilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi “Capital Hotel Company” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 45A, məhəllə 657, nizamnamə kapitalı 29 421 605 manat, qanuni təmsilçisi isə Fərid Fərhad oğlu Musayevdir. 

***

Qeyd edək ki, sözügedən ünvanda vaxtilə "Garant Holding" MMC yerləşib. Sonradan borc mübahisəsi ilə əlaqadar Holdinqin binası "Paşa Holdinq" MMC-nin nəzarətinə keçib. F.Musayevə gəlincə isə, o, sonuncunun strukturu olan "PMD Group" MMC-də rəhbər vəzifə tutur, eləcə də 2017-ci ilin fevral ayında yaradılmış "Prime Estates" MMC-nin direktorudur. 

Son xəbərlər

Orphus sistemi