​Azərbaycanda nazirliklərdən birinin rayon şöbəsinə silahlı basqın olub

​Azərbaycanda nazirliklərdən birinin rayon şöbəsinə silahlı basqın olub Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Fevral , 2016 16:57
​Azərbaycanda nazirliklərdən birinin rayon şöbəsinə silahlı basqın olub

Bakı. 22 fevral. REPORT.AZ/ Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə silahlı basqın olub. “Report”un xəbərinə görə, mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi