Azərbaycanda nazirlik şirkətə qarşı 3 milyon dollarlıq iddia qaldırıb

Azərbaycanda nazirlik şirkətə qarşı 3 milyon dollarlıq iddia qaldırıb İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
156
3 May , 2017 10:16
Azərbaycanda nazirlik şirkətə qarşı 3 milyon dollarlıq iddia qaldırıb

Bakı. 3 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırkı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) “AzİnTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti “Strategic Link Communications İnc.” şirkətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən cəmiyyət 1 milyon 700 min 262 ABŞ dolları əsas borc, 1 milyon 345 min 792 ABŞ dolları məbləğində cərimə borcu barədə iddia irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “AzİnTelekom” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi