​Azərbaycanda narkotik satmaqda təqsirləndirilən taksi sürücüsünün cəzası azaldılıb

​Azərbaycanda narkotik satmaqda təqsirləndirilən taksi sürücüsünün cəzası azaldılıb Ona verilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib
Hadisə
5 Fevral , 2016 10:24
​Azərbaycanda narkotik satmaqda təqsirləndirilən taksi sürücüsünün cəzası azaldılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1981-ci il təvəllüdlü Nuriyev Vahid Əlixan oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. V.Nuriyevə verilən 7 il azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

Qeyd edək ki, 2014-cü ildə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 1981-ci il təvəllüdlü Nuriyev Vahid Əlixan oğlu saxlanılıb. Həmin şəxsdən 2 kq-dan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. O, narkotik vasitəni şəxsi istifadəsi üçün Zaqatala rayon sakini Əli adlı şəxsdən 500 manata aldığını bildirib. Taksi sürücüsü olan V.Nuriyev ifadəsidə deyib ki, iki ilə yaxındır narkotik vasitələr aludəçisidir.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin aprel ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Nuriyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi