Azərbaycanda müğənninin keçmiş sevgilisinin məhkəməsi başlayıb

Azərbaycanda müğənninin keçmiş sevgilisinin məhkəməsi başlayıb "O məni küçə söyüşləri ilə söyür, təhqir edir"
Hadisə
6 Noyabr , 2015 18:25
Azərbaycanda müğənninin keçmiş sevgilisinin məhkəməsi başlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyeva sədrlik etdiyi prosedə zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Sevinc Məmmədova məhkəmədən təhlükəsizliyinin təmin olunmasını xahiş edib. O, hazırda azadlıqda olan Faiq Azayevin həbs olunmasını istəyib: "Çox qorxuram. O məni küçə söyüşləri ilə söyür, təhqir edir. Məhkəmədən təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Hakim Ramella Allahverdiyeva məsələni araşdıracağını bidirib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb. Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.

Son xəbərlər

Orphus sistemi