Azərbaycanda mikroavtobus qəzaya düşüb, 12 nəfər yaralanıb - FOTO

Azərbaycanda mikroavtobus qəzaya düşüb, 12 nəfər yaralanıb - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
16 Mart , 2016 11:58
Azərbaycanda mikroavtobus qəzaya düşüb, 12 nəfər yaralanıb - FOTO

Bakı. 16 mart. REPORT.AZ/ Bərdə rayonunda mikroavtobus qəzaya düşüb, 12 sərnişin yaralanıb. "Report" xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb. 
Belə ki, VAZ 21015 markalı avtomobillə Gərənə kənd istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan 16 nəfər sərnişindən 12 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. Hadisəyə səbəb ilkin versiya kimi VAZ 21015 markalı avtomobilin dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozaraq mikroavtobusun hərəkət zolağına çıxması göstərlib.

Son xəbərlər

Orphus sistemi