Azərbaycanda futbol məşqçisinin tələbə oğlu intihar edib

Azərbaycanda futbol məşqçisinin tələbə oğlu intihar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Fevral , 2021 11:33
Azərbaycanda futbol məşqçisinin tələbə oğlu intihar edib

Tovuz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, rayonun Əlimərdanlı kənd sakin, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu özünü asaraq intihar edib.

Onun tələbə olduğu bildirilir.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X.Ocaqverdiyev keçmiş futbolçu, hazırda "Turan Tovuz" komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur. Klub oğlunun vəfatı ilə əlaqədar N.Ocaqverdiyevə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi