Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib

Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2015 11:24
Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib. Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Binəqədi RPİ-yə müraciət edərək tanıdığı şəxs tərəfindən ona məxsus 10 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda həmin şəxsin pulu qaytarmaq istəmədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi