Azərbaycanda meşəyə odun yığmağa gedən 61 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanda meşəyə odun yığmağa gedən 61 yaşlı kişinin meyiti tapılıb Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır
Hadisə
3 İyun , 2015 10:33
Azərbaycanda meşəyə odun yığmağa gedən 61 yaşlı kişinin meyiti tapılıb

Bakı. 3 iyun. REPORT.AZ/. Şəkinin Qumux kənd sakini, 1954-cü il təvəllüdlü Əbülfəz Əhməd oğlu İsgəndərovun meyiti kəndə yaxın, dağlıq meşə ərazisində aşkar edilib. 

"Report"un məlumatına görə, hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 61 yaşlı Əbülfəz İsgəndərov əraziyə odun qırmaq üçün gedib. Əbülfəz İsgəndərov yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi