​Azərbaycanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib

​Azərbaycanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib
Hadisə
8 Noyabr , 2014 16:41
​Azərbaycanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib
Bakı. 8 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bir nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Digər 2 analoji hadisə Bakının Xətai rayonunda və Mingəçevir şəhərində qeydə alınıb. Hər iki halda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib.

Son xəbərlər

Orphus sistemi