Azərbaycanda məmur özünü güllələyərək intihar etdi

Azərbaycanda məmur özünü güllələyərək intihar etdi Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.
Hadisə
23 Aprel , 2020 18:00
Azərbaycanda məmur özünü güllələyərək intihar etdi
0 : 00
0 : 00

Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, o, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti Aparatının Humanitar şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

İlkin məlumata görə, Q.Quliyevin intiharına xeyli miqdarda pul borcunun olması səbəb ola bilər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qalib Quliyev
Qalib Quliyev

Son xəbərlər

Orphus sistemi