​Azərbaycanda məktəb direktorunun evindən 28 min dollar oğurlanıb

​Azərbaycanda məktəb direktorunun evindən 28 min dollar oğurlanıb Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib
Hadisə
22 Aprel , 2015 12:36
​Azərbaycanda məktəb direktorunun evindən 28 min dollar oğurlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Lənkəran rayonunun Xolmili kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb. “Report”un xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsindən “Report”a fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi