Azərbaycanda məhkəmə hakimi vəfat edib - FOTO

Azərbaycanda məhkəmə hakimi vəfat edib - FOTO Zərbəli Zərbəliyev 56 yaşında dünyasını dəyişib
Hadisə
10 Oktyabr , 2016 09:10
Azərbaycanda məhkəmə hakimi vəfat edib - FOTO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda məhkəmə hakimi vəfat edib.

"Report" xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin hakimi 56 yaşlı Zərbəli Zərbəliyev dünyasını dəyişib.

Qeyd edək ki, Z.Zərbəliyev 1960-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 1989 - 1992-cü illərdə Bakı Şəhəri 26 Bakı komissarı (indi Səbail) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992 - 1993-cü illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankının hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, 1993 - 2000-ci illərdə Respublika Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin mühüm işlər üzrə şöbəsində prokuror, 2000 - 2007-ci ildə 3 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007 - 2011-ci ildə Gəncə Yerli İqtisad Məhkəməsinin sədri, 2011 - 2014-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2014-cü ildən isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi