Azərbaycanda məhkəmə dələduzluqda təqsirləndirilən qadına bəraət verib

Azərbaycanda məhkəmə dələduzluqda təqsirləndirilən qadına bəraət verib Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
20 İyul , 2016 12:50
Azərbaycanda məhkəmə dələduzluqda təqsirləndirilən qadına bəraət verib

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Bakl Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sona Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədovaya bəraət verilib.

Qeyd edək ki, S.Məmmədova dələduzluq etməkdə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

S.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi