Azərbaycanda mağazaları qarət edən dəstə üzvləri tutulub

Azərbaycanda mağazaları qarət edən dəstə üzvləri tutulub Onlar bir neçə ay ərzində Beyləqan, İsmayıllı, Qobustan Ağdaş və Hacıqabul rayonlarında müxtəlif market və ticarət mərkəzlərini qarət ediblər
Hadisə
7 İyul , 2015 13:07
Azərbaycanda mağazaları qarət edən dəstə üzvləri tutulub

Bakı. 7 iyul. REPORT.AZ / Göyçayda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Bağırov Taleh İşallah oğlu onun tanışları Əzizov Eşlən Rafiq oğlu və İsamyılov Mayıl Şərafəddin oğlu ilə əvvəlcədən əlbir olaraq gecə saatlarında rayonun İnçə kənd sakini Hacıyev Gündüz Çingiz oğluna məxsus mağazaya daxil olublar. Dəstə üzvləri mağazadan ərzaq, geyim əşyaları və 980 manat pul götürüblər. Aparılmış təxirə salınmaz kompileks əməliyyatlar nəticəsində dəstə üzvləri Bakı şəhərində saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay ərzində Beyləqan, İsmayıllı, Qobustan Ağdaş və Hacıqabul rayonlarında müxtəlif market və ticarət mərkəzlərini qarət ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi