Azərbaycanda kustar üsulla süzmə və kəsmik məhsulları istehsalı aşkar olunub - FOTO

Azərbaycanda kustar üsulla süzmə və kəsmik məhsulları istehsalı aşkar olunub - FOTO İstifadə olunan süd məhsullarının məişət tullantıları atılan yerdən yığılması faktı üzə çıxarılıb
Hadisə
30 İyun , 2015 13:04
Azərbaycanda kustar üsulla süzmə və kəsmik məhsulları istehsalı aşkar olunub - FOTO

Bakı. 30 iyun. REPORT.AZ/ Lənkəran rayonu, Göyşaban kəndində kustar üsulla süzmə və kəsmik istehsalı faktı aşkar olunub. "Report" xəbər verir ki, qanun pozuntusu Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin keçirdiyi reyd zamanı aşkarlanıb. 

Rayon sakini İbrahimov Laçın Vilayət oğluna məxsus yaşayış evinin həyətində standartın və normativ sənədin tələblərinə cavab vermədən antisanitar şəraitdə qanunvericiliyin tələblərinə zidd olaraq kustar üsulla süzmə və kəsmik istehsalı faktı üzə çıxarılıb. 
Araşdırma zamanı süzmə və kəsmikin istehsalında istifadə olunan süd məhsullarının məişət tullantıları atılan yerdən yığılması faktı aşkarlanıb. Bu şəkildə hazırlanan məhsullar bazara çıxarılırmış.
Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir. İlkin olaraq istehsal olunan və heç bir normativ sənədi olmayan süzmə, kəsmik məhsullarının satışının qadağan olunması barədə məhdudlaşdırıcı qərar verilib. 

Fakt üzrə araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi