Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın Ağcabədi rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"a Ağcabədi Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Keçirilən əməliyyat zamanı rayonun Hindarx sakini 44 yaşlı Müşviq Allahverdiyev və 25 yaşlı İlqar İsmayılov tutularaq istintaqa təqdim olunub. Onların üzərinə baxış keçirilən zamanı M.Allahverdiyev və İ.İsmayılovdan narkotik maddə olan heroin götürülüb. M.Allahverdiyevin evinə baxış zamanı isə daha 474 qram narkotik maddə olan marixuana aşkar olunub.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır .

